Dərc edilib: 25-08-2020

https://www.nuh.az/25591-.html

Həbs edilən general Əfqan Nağıyevın...

25.08.2020 01:41:42

LIVE

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.

 

 “MediaPost”   xəbər verir ki, general-mayor Firuz Böyükağa oğlu Şirin-zadə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 17.08.2020-ci il tarixində Prezident İlham Əliyev general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə “general-leytenant” hərbi rütbəsi vermişdi. O bundan əvvəl DSX-nın Baş İdarə rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən və sonradan ev dustağlığına buraxılan general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin (2020-ci ilin fevral ayından may ayının 13-dək) beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub. 

Belə ki, sabiq general 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib