Dərc edilib: 25-08-2020

https://www.nuh.az/25599-.html

Tağı Əhmədov Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməyib

25.08.2020 16:51:16

Cəmiyyət

AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılması medianın əsas mövzusuna çevrilib.  

Toyda kimlərin iştirak etməsi  az qala  " xalq  düşməni"  axtarışına çevrilib. 

 

Saytlar müxtəlif səbəblərdən  tanınmış  şəxslərin toyda iştirakı ilə bağlı xəbər   yayır.

 

Bildiririk ki,  məlum toyda Metropolitenin keçmiş rəisi hörmətli Tağı Əhmədovun iştirakı ilə bağlı saytımızda gedən məlumat tərəfimizdən  dəqiqləşdirildi. 

 

Məlum olub ki, Tağı Əhmədov  Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməyib.

 

   NUH.az 



 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib