Dərc edilib: 27-08-2020

https://www.nuh.az/25616-.html

Ramiz Mehdiyevin nəvəsinin toyunun TAM VIDEO-su - YENI SIMALAR YENI görüntülər yeni skandal

27.08.2020 08:41:11

Dünya
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb.
Görüntülərdə mərkəzi fiqur ölkənin Ombudsmanı Səbinə Əliyevadır. Bəzi iddialarda deyildiyi kimi, o toya həyat yoldaşı Siyavuş Novruzovun təzyiqi ilə getməyibmiş: hamıdan çox əylənir, rəqs edir, meydana qadınları dəvət edir. Bütün bunlar qeyri -peşəkar, amma gizli kamera vasitəsi ilə çəkildiyi şübhə doğuran görüntülərdə var.
Xatırladaq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.
Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Eyni zamanda, həmin vaxt Tovuz döyüşlərində həlak olan yüksək rütbəli hərbçilərin 40-ı çıxmamışdı. Bütün Azərbaycan qeyri -rəsmi olaraq, öz qəhrəmanlarına yas saxlayırdı...
***
Meydan TV-nin rəhbəri Həbib Müntəzir son görüntülər əsasında Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərin bir qisminin adlarını açıqlayıb:
Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyevin qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyevin qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)
***
Musavat.com bildirir ki, toyda iştirak edənlərin hamısı iştirak etdikləri təsdiqlənərsə, Azərbaycan qanunvericiliyinə görə cərimə olunmalıdır.
Moderator.az musavat.com-a istinadən Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntüləri təqdim edir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib