Dərc edilib: 28-08-2020

https://www.nuh.az/25626-.html

Ukrayna Belarusla bütün əlaqələri dayandırdı

28.08.2020 07:24:09

LIVE

Ukrayna Belarusla dialoqa fasilə verib. 

 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu Ukrayna XİN başçısı Dmitri Kuleba “1+1” telekanalının efirində deyib.

“Bizdə indi bütün proseslər, Belarus tərəfi ilə bütün əlaqələr pauzaya qoyulub. Mən bu barədə sizə rəsmi məlumat verə bilərəm”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bu əlaqələrin Ukrayna üçün reputasiya, mənəvi və etik itkilərlə nəticələnməyəcəyinə əmin olduqdan sonra münasibətlər bərpa ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib