Dərc edilib: 28-08-2020

https://www.nuh.az/25627-.html

Eyyub Yaqubov Mehdiyevin nəvəsinin toyunda oxuyub?

28.08.2020 07:32:01

LIVE

Eyyub Yaqubov Mehdiyevin nəvəsinin toyunda oxuyub? - AÇIQLAMA 

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda müğənni, Əməkdar artist Eyyub Yaqubovun da oxuduğu iddia edilir.

Sosial şəbəkədə toydan yayılan görüntülərdə ifaçının oxuduğu mahnının sədalarında iştirakçıların rəqs etdiyi görünür. 

 

Məsələyə aydınlıq gətirən E.Yaqubovun köməkçisi Həsən Məmmədyarov Yenisabah.az-a müğənninin həmin toyda iştirak etmədiyini deyib:  

“Xeyr Eyyub Yaqubov o toyda iştirak etməyib. Videoda eşidilən mahnını qıraqda DJ qoyub. Qəti surətdə həmin toyda nə o, nə də musiqiçiləri iştirak edib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib