Dərc edilib: 28-08-2020

https://www.nuh.az/25637-.html

Deputatlığa namizəd olmuş keçmiş hakim vətəndaşa pul "atıb" - MÜRACİƏT

28.08.2020 18:01:01

Hadisə

Bu ilin fevral ayında Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd olmuş keçmiş hakim Qubadəli Rzayev iş adamı, Masallı sakini Sudef Məcidovun 30 min dollar məbləğində vəsatini fırıldaqçılıq yoluyla mənimsəyib.

Bu barədə redaksiyamıza zərərçəkmiş Sudef Məcidov məlumat verib. O, saytımız vasitəsilə Respublikanın Baş Prokuroru və Daxili İşlər Nazirinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

                                                                                       Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə
                                                                                  Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova

Hörmətli cənab Prokuror,
Hörmətli cənab Nazir,

Mən, Masallı rayon, Boradigah qəsəbə sakini Məcidov Sudef Hacıbala oğlu bildirirəm ki, uzun illər Fatma Yolçuyeva adlı vətandaşla məhkəmə çəkişməsindəyəm.

Həmin işlə bağlı 2019-cu ilin oktyabr ayında əvvəllər tanıdığım vəkil Qubadəli Rzayev mənimlə əlaqə saxlayıb bildirdi ki, bu işdə mənə köməklik edə bilər. Biz görüşdük və o mənə dedi ki, mənkəmə strukturlarında tanışları var və mənim məhkəmə işimi xeyrimı həll edə bilər. Mən razılaşdım. Növbəti görüşümüzdə o, mənə dedi ki, işin həll olunması üçün müəyyən vəsait lazımdır. Məni inandırdı və mən ona 30 000 (otuz min ) dollar pul verdim. Daha sonra mən səhhətimlə əlaqədar olaraq Moskva şəhərinə getdim. Orda olan zaman öyrəndim ki, keçirilən bütün məhkəmə proseslərində uduzmuşam və vəkil Qubadəli Rzayev heç bir iş görməyib. Bu ilin mart ayında isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu pozduğuna görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu əsasla Qubadəli Rzayevin vəkillik fəaliyyətinə xitam vermək qərarına gəlib. Ardınca Kollegiya rəhbərliyi bu iddia ilə məhkəməyə üz tutub. Şirvan İnzibati İqtisad Məhkəməsi iddianı təmin edərək, onun Vəkillər Kollegiyasından çıxarılmasına qərar verib. Məndən aldığı vəsaiti də mənimsəyib. Mən dəfələrdə onunla əlaqə saxlasam da bir müddət mənə hər şeyin yaxşı olacağını bildirsə də, sonradan ümumiyyətlə mənim zənglərimə cavab vermir, məndən aldığı vəsaiti qaytarmaqdan yayınır.

Qeyd edim ki, bu onun birinci qanunsuz əməli deyil. İMİŞLİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİ olmuş Qubadəli Rzayev işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 20 aprel 2011-ci il tarixli SƏRƏNCAMI ilə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Hörmətli cənab Prokuror,
Hörmətli cənab Nazir,

Xahiş edirəm məsələyə hüquqi qiymət verilməsi, mənə dəymiş maddi ziyanın ödənilməsi üçün işi nəzarətiniz altına alasanız. Qubadəli Rzayev haqqında cinayət işinin başladılmasında mənə köməklik edəsiniz.

Hörmətlə: Məcidov Sudef Hacıbala oğlu.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib