Dərc edilib: 29-08-2020

https://www.nuh.az/25639-.html

“Belarusda seçkilər baş tutub” - Putin

29.08.2020 09:41:48

Günün sitatı

Rusiya Prezidenti Vladimir Putin Belarusda keçirilmiş seçkiləri baş tutmuş hesab etdiyini bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı “Rusiya-1” telekanalına müsahibəsində danışıb. “Biz seçkilərin baş tutması faktından irəliləyirik”, - deyə Putin bildirib. 

Qeyd edək ki, Vladimir Putin avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkidəki qələbə münasibətilə təbrik etmişdi. 
 
Ölkədə isə kütləvi etiraz aksiyaları davam edir, etirazçılar seçki nəticələrinin ləğvini, yeni seçki keçirilməsini  tələb edirlər. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib