Dərc edilib: 29-08-2020

https://www.nuh.az/25641-.html

Şahzadə Dianaya heykəl ucaldılacaq

29.08.2020 15:33:10

LIVE

2021-ci il iyulun 1-də Uels şahzadəsi Diananın anadan olmasının 60 ili tamam olacaq. Yubiley münasibətilə şahzadənin heykəli Kensinqton bağlarında - Britaniya paytaxtının mərkəzindəki kral parkında quraşdırılacaq.

 

 “Qafqazinfo” bildirir ki, bu barədə “BBC News” xəbər verib.

Heykəl onun oğulları – hersoqlar Uilyam və Harrinin sifarişi əsasında hazırlanıb. Heykəl üzərində iş 2017-ci ildə başlayıb, lakin onun quraşdırılması pandemiya və karantin səbəbindən təxirə salınıb. Onun müəllifi heykəltəraş İen Renk-Brodlidir.

Qeyd edək ki, avqustun 31-də şahzadə Diananın faciəvi ölümünün 23 ili tamam olacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib