Dərc edilib: 29-08-2020

https://www.nuh.az/25645-.html

Azərbaycanda professoru bışaqla qətlə yetirdilər

29.08.2020 16:36:32

LIVE

Gəncədə qətl hadisəsi olub. 
 
Publika.az xəbər verir ki, hadisə Gəncə şəhər Bağbanlar qəsəbəsi, Eti Qurbanov küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs 1953-cü il təvəllüdlü Yusif Dəmirovun ürək nahiyəsindən və sol bazu nahiyəsindən bir neçə bıçaq zərbələri endirib. Yaralı aldığı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib.
 
Qeyd edək ki, Y.Dəmirov Gəncə Tibb Kollecinin professorudur. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib