Dərc edilib: 30-08-2020

https://www.nuh.az/25650-.html

Heydər Əliyev AMİP-in sədri olmalı idi

30.08.2020 12:00:47

Müsahibə

Son günlərin məlum-qalmaqallı olayları (görünən odur ki, bu “xəmir” hələ çox su aparacaq…) adı qəsdən və məqsədli şəkildə gündəmə gətrilənlərdən, gətirilməyə cəhd edilənlərdən biri də Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi və Sədr müavini Əli Əhmədovdur.
Belə ki, “toy qalmaqalı”ndan sonra istefa vermək məcburiyyətində qalmış-uzun illər hakim partiyada böyük xidmətləri olmuş millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzovun bu addımı atmasında Əli Əhmədovu günahlandırmağa, ittiham etməyə cəhdlər olunur.

Guya ki, onun iki saatlıq söhbətindən-cəhdindən sonra Siyavuş Novruzov İcra katibinin müavinliyindən getmək məcburiyyətində qalıb.
Hansı ki, siyasətdən az-çox xəbəri olanlar bunu mümkün olmadığını bilirlər…
Və uzun illərdir ki, Əli Əhmədovu bu və ya digər məsələdə “ittiham” etmək üçün onun vaxtı ilə AMİP üzvü olmasını, AMİP-dən YAP-a gəlməsini qabartmağa, bunu günahmış, qəbahətmiş kimi təqdim etməyə çalışırlar.
Hansı ki, az-çox siyasətdən, yaxın keçmişdə baş verənlərdən, yaşananlardan xəbəri olanlar bilir ki, köhnə, veteran YAP-çıların çoxu zamanında, 1991-93-cü illərdə AMİP-in üzüvü olublar.
Eyni zamanda, Nemət Pənahlının Milli Dövlətçilik Partiyasında (AMDP) və AXC-də təmsil olunublar.
Hətta, tanıığım, xətrini istədiyim tanınmış, hakim partiyanın yaradılmasında, qurulmasında böyük xidmətləri, fədakarlıqları olmuş YAP-çılardan biri mənimlə söhbətində demişdi ki, o vaxt rəhmətlik Heydər Əliyevə partiya yaratmayacağı təqdirdə, AMİP-in təklifini qəbul edəcəyini, həmin partiyaya keçəcəyini bildiribmiş…
Yəni, kim(lər)insə zamanında hansısa partiyanın, o cümlədən, AMİP-in üzvü olmasını indi az qala suç, cinayət kimi təqdim etmək, tirajlamaq, “stəkanda fırtına qopartmağa” çalışmaq yumşaq şəkildə desək, arqumentsizlikdən…başqa bir şey deyil…
Eyni zamanda, AMİP məsələsini qabardanlar Əli Əhmədovun məşhur “91-lər”-dən olduğunu nədənsə “görməzdən” gəlir, “unudurlar”.
Hansı ki, o zaman Heydər Əliyevin siyasətə dönüşünü tələb etmək, bununla bağlı müraciətə imza atmaq özü böyük risq və cəsarət tələb edirdi…Məhz məlum müraciətə risq edib, cəsarət göstərib imza atanlardan biri də Əli Əhmədov olub.
Məhz bu addımına, eyni zamada, partiyada fəaliyyət göstərdiyi nümunəvi davranışlarına, fəaliyyətinə görə,1999-cu ildə, hakim partiyanın ikinci qurultayında, cavan yaşlarında böyük siyasət ustası Heydər Əliyevin birbaşa məsləhəti və xeyir-duası ilə YAP-ın rəhbərliyinə, yeni yaradılan İcra Katibliyinə irəli çəkilib.
Ədalət və insaf naminə qeyd etmək lazımdır ki, Əli Əhmədovun YAP İcra katibi seçilməsindən sonra hakim partiyanın həyatında, fəaliyyətində böyük irəliləyişlər baş verib.
Belə ki, uzun illər YAP-ı az qala öz şəxsi kontoruna çevirmiş Əli Nağıyevdən sonra Əli Əhmədov qısa zamanda hakim partiiyada böyük nizam-intizam, çəki-düzən, səliqə-sahman yaratmağa, xaotikliyi aradan götürməyə nail olub.
Onun gəlişi ilə partiyada böyük canlanma yaşanıb, xüsusilə, media ilə münasibətlər yüksək səviyyəyə qaldırılıb.
1999-cu ilin sonları, 2000-ci ilin əvvəllərindən 2010-cu illərə (son zamanlar-pandemiyadan əvvəl-bu ənənə yenidən bərpa edilib) məhz Əli Əhmədovun təşəbbüsü ilə partiyanın mərkəzi-qərargahında sistemli, ardıcılı mətbuat konfransları təşkil edilməyə başlanılıb, ən yüksək ranqlı hökumət və dövlət rəsmilərinin iştirakı ilə yüksək səviyyəli mətbuat konfransları, brifinqlər təşkil olunub ki, bunlar da həm çeşdli siyasi çevrələr, həm də KİV-lər tərəfindən təqdirlə qarşılanıb.
Ümumiyyətlə, Əli Əhmədovu sevən, sevməyən bütün YAP-ıçılar onun partiyadakı rolunu, fəaliyyətini daim etiraf ediblər.
Məhz bunların nəticəsidir ki, sonrakı dönəmlərdə də Əli Əhmədova (ölkə Prezidenti İlham Əliyevin YAP-a sədrliyi dövründə) böyük etimad göstərilib, nəinki İcra Katibi kimi fəaliyyətinə “yaşılı işıq” yandırılıb, həm də Sədr müavini vəzifəsinə irəli çəkilib və artıq neçə illərdir ki, hər iki vəzifəni də uğurla yerinə yetirir.
Siyasətdə önəmli faktorlardan biri də dövlətə, dövlətçiliyə, mənsub olduğun hakimiyyətə sədaqət və sadiqlikdir.
Əli Əhmədov da məhz hər zaman həm dövlətə, həm dövlətçiliyə, həm də YAP-a, iqtidara sadiqliyi və sədaqəti ilə seçilib…
Siyasət həm də o deməkdir ki, bir gün öndə ola bilərsən, bir gün geri çəkilməyə məcbur olarsan, bir qazanarsan, bir gün müvəqqəti olsa belə, itirə bilərsən, amma əsas odur ki, sifətini, simanı itirməyəsən…
Həm də vicdanının ədalət tərəzisinin gözünü əyməyəsən, əydinsə…
Ona görə kimlərisə ittiham edərkən, tərəzinin gözünü əyməməyə çalışmaq lazımdır-həm siyasətdə, həm də elə jurnalistikada!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri

NUH informasiya agentliyi səhifəsindən çap edilib