Dərc edilib: 30-08-2020

https://www.nuh.az/25659-.html

Lukaşenko iqamətgahında əlində avtomatla

30.08.2020 20:36:50

LIVE

“RİA Novosti” Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmonta ölkə prezidenti Aleksandr Lukaşenkonun harada olması və icazəsiz etiraz aksiyasının keçirildiyi Minsk şəhərindəki vəziyyətə nəzarət edib-etməməsi ilə bağlı sual ünvanlayıb. 


“Qafqazinfo” bildirir ki, Eysmont agentliyin sualına cavab olaraq, onlara Lukaşenkonun əlində avtomat tutduğunu əks etdirən fotosunu göndərib. Foto Müstəqillik sarayının fonunda çəkilib.

Qeyd edək ki, bazar günü Minskdə müxalifət icazəsiz etiraz aksiyası keçirir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib