Dərc edilib: 30-08-2020

https://www.nuh.az/25660-.html

Bir qoç yarım milyon dollara satıldı (FOTO)

30.08.2020 20:53:36

LIVE

Şotlandiyada hərracda satılan qoç qiyməti ilə rekord qırıb. Ona görə yeni sahibi 367.5 min funt-sterlinq, yəni 490.6 min dollar pul ödəyib.
"Sputnik"in məlumatına görə, bu barədə The Independent yazıb.

Qəzetin məlumatına görə, İkiqat Brilyant (Double Diamond) ləqəbli qoç teksel cinsindəndir, ondan əsasən damazlıq kimi istifadə olunur. Qeyd olunur ki, bu cinsdən olan qoyunlar yüksək keyfiyyətli əti ilə seçilir. 
Image

NUH informasiya agentliyi səhifəsindən çap edilib