Dərc edilib: 31-08-2020

https://www.nuh.az/25671-.html

Bakıda təlim avtomobili hərbi maşının altına girdi - FOTO

31.08.2020 11:03:49

LIVE

Bakıda xanım sürücünün idarə etdiyi təlim maşını qəzaya düşüb.

 

avtosfer.az  bildirir ki, hadisə Neftçilər prospektində baş verib. "KIA" markalı, 90 NS 734 dövlət nömrə nişanlı avtomobil öz zolağında hərəkət edən hərbi yük avtomobilinin qarşısına çıxıb. Nəticədə hərbi maşın minik avtomobilini vurub.

Qəza zamanı qadın təlimçi xəsarət almasa da, onun təlim keçdiyi xanım yüngül yaralanıb. Avtomobilə isə xeyli ziyan dəyib.

Hadisə yerinə gələn DYP əməkdaşları hər iki xanıma köməklik göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib