Dərc edilib: 31-08-2020

https://www.nuh.az/25674-.html

Zakir Qaralov Beynəlxalq Bankdan 500 milyon dollar kredit götürüb ?

31.08.2020 14:08:01

Hadisə

Beynəlxalq  Bankdan ( BB ) 10 milyard pulun yoxa  çıxması hələ də sirr olaraq qalır.


Düzdür, buna görə,  BB-ın  rərhbəri Cahangir Hacıyev hazırda məhbus həyatı yaşayır. Amma yenə müəmmalar,  açıq suallar var ortada. 

Bu pulları kimlər  götürüb və niyə qaytarmırlar ? 

Bir müddət əvvəl  Prezident Aparatının keçmiş şöbə  müdiri Fatma Abdullazadənin BB-dan 50 milyon  kredit götürdüyü və qaytarmadığı barədə məlumat yayıldı. 

NUH.az-a  daxil olan məlumata görə,  sabiq  Baş Prokuror Zakir Qaralov da  vaxtilə BB-dan 500 milyon dollar kredit götürüb ( AKKORD üçün ) və hələ də qaytarmayıb.

Məlumata görə, hazırda bu kreditlə bağlı  Zakir Qaralovla ciddi  söhbət gedir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib