Dərc edilib: 01-09-2020

https://www.nuh.az/25683-.html

Ukraynada bütün rusdilli məktəblər ləğv edildi

01.09.2020 07:59:19

LIVE

Sentyabrın 1-dən Ukraynada bütün rusdilli məktəblər dövlət dilində tədrisə keçir. Bununla yanaşı, dilləri Aİ-də rəsmi olan digər milli azlıqlar üçün məktəblər hələ üç il ərzində öz dillərində fəaliyyət göstərəcək. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.


Belə ki, Ukrayna Ali Radasının 2017-ci ildə qəbul etdiyi qanun orta məktəblərin Ukrayna dilində tədrisə keçməyini nəzərdə tutur. Daha sonra, 2020-ci il yanvarın 16-da parlament yeni qanun qəbul edib, hansında ki, tədrisin Ukrayna dilinə keçmə qaydaları detallı şəkildə əksini tapıb. Təhsil və Elm Nazirliyinin məlumatına görə, ölkədə tədris ilinin sonunda 125 rusdilli dövlət məktəbi, həmçinin 43 özəl məktəb fəaliyyət göstərirdi.   

Rusiya BMT, ATƏT və Avropa Şurasının beynəlxalq hüquq müdafiə institutlarını rus dilinin diskriminasiyası ilə bağlı Ukrayna hökumətinin fəaliyyətinə adekvat qiymət verməyə çağırıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib