Dərc edilib: 01-09-2020

https://www.nuh.az/25685-.html

Əli Həsənova cinayət işi açılıb? (İDDİA)

01.09.2020 10:36:32

Reportaj

"Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar".

Qaynarinfo xəbər verir ki, bunu jurnalist Fikrət Hüseyinli qeyd edib.
O bildirib ki, Həsənovun Türkiyədə olduğu xəstəxanayla əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: 
"Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək".

NUH informasiya agentliyi səhifəsindən çap edilib