Dərc edilib: 02-09-2020

https://www.nuh.az/25699-.html

Kəklikotunun faydaları - Güclü ağrıkəsicidir

02.09.2020 07:37:27

LIVE

Dağlıq və dağətəyi rayonlarında yetişən kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəkləyəndə və ya ondan əvvəl yığılır.


"Qafqazinfo" xəbər verir ki, kəklikotu sinir sisteminə çox müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir.

Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir.

Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib