Dərc edilib: 02-09-2020

https://www.nuh.az/25707-.html

SOCAR-da yeni şirkət rəhbəri təyin edildi

02.09.2020 14:00:03

LIVE
SOCAR-da yeni şirkət rəhbəri təyin edildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - "SOCAR-KBR” MMC-nin direktoru Alp Togay Kurum vəzifəsindən azad edilib.

"Report” xəbər verir ki, şirkətə rəhbərlik Rəşad Firudin oğlu Şabanova həvalə olunub.
Xatırladaq ki, "SOCAR-KBR” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib