Dərc edilib: 04-09-2020

https://www.nuh.az/25723-.html

İlham Əliyev XİN-ə yeni nazir müavini təyin etdi

04.09.2020 00:18:29

Region

Xəbər verildiyi kimi Xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub.


Prezident İlham Əliyevin Sərəncamı ilə Fariz Rzayev Azərbaycanın Xarici işlər nazirinin müavini təyin olunub.

Bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir.

 

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb.

2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

Fariz Rzayev 3 İyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin “Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi”nə müdir vəzifəsinə təyin edilib.

Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.

Təhsil nazirliyinin Aparat rəhbəri vəzifəsin çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib