Dərc edilib: 04-09-2020

https://www.nuh.az/25734-.html

Qapalı kafe-restoranlara da icazə verildi - Gecə 12-yə qədər

04.09.2020 18:24:34

LIVE

Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu qərar sentyabrın 8-indən qüvvəyə minir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib