Dərc edilib: 05-09-2020

https://www.nuh.az/25743-.html

Fizulidə 14 naməlum şəhid məzarı baxımsız vəziyyətdə qalıb (FOTOLAR)

05.09.2020 12:11:56

Hadisə

Füzuli rayonunda 14 şəhidin məzarı baxımsız vəziyyətdədir.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə Elyar İslamoğlu məlumat verilib. Onun sözlərinə görə, bu 14 şəhid Horadiz əməliyyatı zamanı gedən döyüşlərdə şəhid olublar:
"1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan, Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilən naməlum 14 şəhidin məzarı illərlə bərbad, baxımsız vəziyyətdə qalıb. Dərhal bu məsələ həll edilməlidir. Çox utancverici görüntüdür".
Füzuli rayon İcra Hakimiyyətinin köməkçisi İlkin Əmirli məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bundan xəbərsiz olduğunu deyib:
"Füzulidə bütün şəhid ailələri, qaziləri və şəhid abidələri yüksək səviyyədə saxlanılır. Amma 14 naməlum şəhidlə bağlı məsələdən xəbərsizəm. Məsələ araşdırılacaq və bu barədə ətraflı məlumat verikləcək".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib