Dərc edilib: 06-09-2020

https://www.nuh.az/25745-.html

DTX-nin tutduğu “Abu İbrahim Dağıstani”yə 19 il həbs cəzası verildi

06.09.2020 12:19:24

Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.

DTX-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib