Dərc edilib: 07-09-2020

https://www.nuh.az/25760-.html

Oqtay Əsədov Sabirə Abdullayevaya vəzifə verdi

07.09.2020 22:12:03

LIVE

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu  Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.  

Unikal.org-un əldə etdiyi məlumata görə, O.Əsədov Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib. 
Qeyd edək ki, Sabirə Abdullayeva  "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında menecer Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib