Dərc edilib: 08-09-2020

https://www.nuh.az/25768-.html

Namiq Həsənov vəfat etdi

08.09.2020 16:08:43

İdman

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (Soveti) sabiq sədri Namiq Həsənov dünyasını dəyişib.


“Qafqazinfo” xəbər verir ki, 76 yaşlı N. Həsənov xəstəlikdən sonra vəfat edib. 

Namiq Həsənov 1990-92-ci illərdə Naxçıvan Daxili İşlər Nazirliyinin polkovniki olub. 1994-cü ilin aprel ayından 1995-ci ilin iyul ayınadək Naxçıvana rəhbərlik edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsi olub. Bu vəzifəni 1995-2000-ci illərdə icra edib. 

Qeyd edək ki, Namiq Həsənovun oğlu Həbib Həsənov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisidir. 

Allah rəhmət eləsin!


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib