Dərc edilib: 10-09-2020

https://www.nuh.az/25785-.html

“Çopur Ramiz” saxlanıldı - Foto

10.09.2020 10:43:22

LIVE

Zaqatalada əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. 

Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər, “Çopur Ramiz”in yaxınları- əvvəllər oğurluğa görə, məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib