Dərc edilib: 10-09-2020

https://www.nuh.az/25786-.html

Ramiz Mehdiyevin himayə etdiyi xanım nazir müavini - Hansı yolla təyinat alıb?..

10.09.2020 11:05:34

Hadisə

Akademik Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan və bu günlərdə “Sədərək” Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılan Yusif Qədiməliyevlə bağlı yeni faktlar ortaya çıxıb.

Demokrat.az xəbər verir ki, Yusif Qədiməliyev Ramiz Mehdiyevin köməyi ilə yaxın qohumlarını yüksək vəzifələrə irəli çəkdirib.

Onlardan biri də 2018-ci il 24 sentyabr tarixində Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini təyin olunan İlhamə Qədimovadır. İlhamə Qədimova Yusif Qədiməliyevin qardaşı qızıdır. İlhamə Qədimovanın həyat yoldaşı isə “Sədərək” Ticarət Mərkəzinin hüquqşünasıdır.

Onun da Ramiz Mehdiyev tərəfindən himayə olunduğu deyilir.

Ramiz Mehdiyevin himayə etdiyi nazir müavini - Hansı yolla təyinat alıb?..

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib