Dərc edilib: 12-09-2020

https://www.nuh.az/25798-.html

Lerijkdə 15 yaşlı qızı hamilə buraxan müəllimlə bağlı hökm ləğv edildi

12.09.2020 09:41:53

Kriminal

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahətlə bağlı məhkəmə qərarından apelyasiya şikayəti təmin olunub.


"Qafqazinfo" xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, həmin şəxsə cəmi bir il azadlıqdan məhrumetmə cəzasının verilməsi ictimailəşdirdikdən sonra, Milli Məclisin sədr müavini Adil Əliyev qeyd olunan məsələni nəzarətə götürüb və öz hesabına vəkillə təmin etmişdi:

"İş üzrə şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdi, məhkəmənin qərarı ilə Lerik Rayon Məhkəməsinin təyin etdiyi hökm ləğv edilib, iş qanunvericiliyin tələbinə uyğun olaraq yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılıb".

Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib