Dərc edilib: 12-09-2020

https://www.nuh.az/25801-.html

Nizami Xudiyevin prokuror müavini olan oğlu işdən çıxarıldı

12.09.2020 11:23:05

LIVE

Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.  
Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib. 
Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib