Dərc edilib: 12-09-2020

https://www.nuh.az/25806-.html

Daha bir tarixi abidə dağılır (FOTOLAR)

12.09.2020 16:49:06

LIVE

Göygöl rayonunda unudulan daha bir tarixi abidə məhv olmaq üzrədir.
Bu barədə oxu.az-a sakinlər tərəfindən göndərilən məlumatda qeyd olunub.
Söhbət rayonun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən Alban kilsəsindən gedir.
Dağılmaq üzrə olan kilsə təxminən 2109 metr yüksəklikdədir. Fotolardan kilsənin hansı vəziyyətdə olduğunu görmək mümkündür.
Kilsənin yerləşdiyi yüksəkliyi asfalt yoldan nə az, nə çox 6-7 kilometrlik məsafə ayırır. Tarixi abidənin nə üçün baxımsız qalması barədə isə heç bir məlumat yoxdur.
Ciddi tədbirlər görülməzsə, abidə həqiqətən də tarixə qovuşacaq.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib