Dərc edilib: 12-09-2020

https://www.nuh.az/25807-.html

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - Yenilənib

12.09.2020 23:26:45

Mədəniyyət

Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublu hospitala yerləşdirilib.


"Qafqazinfo" xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib O, atasının "City Hospital"a gətirildiyini qeyd edib.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

***

Tofiq Yaqublu bu gecə reanimasiyada olacaq.

Bu barədə Nigar Həzi məlumat paylaşıb. O bildirib ki, atası sabah palataya köçürüləcək. İndiki durumu ağır olaraq qalır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib