Dərc edilib: 16-09-2020

https://www.nuh.az/25833-.html

Prezident Vaqif Axundovu təltif etdi

16.09.2020 13:03:41

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Axundovla bağlı sərəncam imzalayıb. 


“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, general-polkovnik, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi Vaqif Axundovun bu gün 70 yaşı tamam olur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib