Dərc edilib: 18-09-2020

https://www.nuh.az/25848-.html

Fəzail Ağamalının biznesmen oğlu BOŞANIR - FOTO

18.09.2020 11:48:33

İdman

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı həyat yoldaşından boşanması ilə bağlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.


Unikal.org-un əldə etdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası sentyabr ayının 22-də hakim Aytən Novruzovanın sədrliyi ilə keçiriləcək. Boşanma prosesində cavabdeh tərəf kimi Ağamalı Lamiə Fəxrəddin qızı tanınıb.

Qeyd edək ki, Elçin Ağamalı ”Altus” MMC-nin rəhbəridir.


 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib