Dərc edilib: 21-09-2020

https://www.nuh.az/25862-.html

Təkamül Partiyasının videokonfrans formatında V qurultayı keçirilmişdir

21.09.2020 14:55:36

Mədəniyyət

 20  sentyabr  2020 - ci ildə   Azərbaycan   Təkamül      Partiyasının  videokonfrans formatında V qurultayı keçirilmişdir.

 

Qurultayda partiyanın  sədri   Teyyub  Qənioğlu IV  qurultayından  keçən  dövr  ərzidə  ATP-nin  fəaliyyəti, Mərkəzi   Nəzarət   Komissiyasının   sədri  Səbri   Babayev   isə

MNK-nın fəaliyyəti ilə bağlı  geniş hesabat vermişlər.

Qurultayda  Teyyub  Qənioğlu yenidən ATP-nin sədri, Səbri Babayev MNK-nın sədri seçilmişlər. Qurultayda eləcə də, ATP-nın 21 nəfərdən ibarət Mərkəzi Şurası seçilmişdir.

 

T.Qənioğlunun təklifi ilə qurultayda həmçinin MŞ-nın I iclası kecirilmiş, Siyasi Büronun üzvüləri və MŞ-nın katibləri seçilmişlər. Bununla da ATP-nin V qurultayı öz işinə yekun vurmuşdur.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib