Dərc edilib: 22-09-2020

http://www.nuh.az/25871-.html

MİDA-da 2 milyon manatlıq əməliyyat zərəri - Büdcədən 62 milyon ayrılıb

22.09.2020 17:22:57

Hadisə

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.


Agentliyin ötən il üzrə cəmi aktivləri 205,435 mln. manat olub. Bu isə 2018-ci il ilə müqayisədə təqribən 2 dəfə çoxdur. Cəmi öhdəliklərdə isə il ərzində 34,269 mln. manat artım qeydə alınıb və 34,439 mln. manata çatıb.

MİDA-nın cəmi kapitalı bir il ərzində 65% artaraq ötən ilin sonunda 170,852 mln. manata qalxıb. Kapital tərkibində dövlət büdcəsindən agentliyə 62 milyon manat ayrılıb və cəmi ayırmalar 62,498 mln. manat təşkil edib.

Agentliyin 2019-cu il üzrə əməliyyat zərəri 2,373 mln. manat, maliyyə gəlirləri 7,720 mln. manat, icarə üzrə xərcləri isə 6,7 min manat olub. Beləliklə, MİDA 2019-cu ili 5,340 mln. manat mənfəətlə başa vurub. /MediaPost/

NUH informasiya agentliyi səhifəsindən çap edilib