Dərc edilib: 23-09-2020

https://www.nuh.az/25882-.html

Yeni Baş Nazirimiz - Fikrət Məmmədov

23.09.2020 15:03:46

Cəmiyyət

1996 – cı ildən 2018-ci ilədək, yəni 23 il  Azərbaycan Respublikasının Baş Naziri olmuş  Artur Rasizadədən sonra bu vəzifədə ən çoxu 1 il işləmək ənənəsi yaranıb.


Məlumat üçün  qeyd edək ki, Artur Rəsizadənin  xələfi  Navrızəli  Məmmədov cəmi  1 ildən  biraz artıq Baş Nazir işləmiş və “İtburnudan vergi tutulmasına görə”  vəzifəsindən azad edilmişdir.

Bir neçə  gündən  sonra, daha dəqiq desək, oktyabrın 8-də indiki Baş Nazirimiz Əli Əsədovun 1 ili tamam olur.

 

NUH.az-ın ehtimalına  görə,  Əli Əsədov  yaxın zamanda vəzifəsini tərk edəcək. Və yeni Baş Nazirin kim olacağı maraqlıdır. NUH.az-ın versiyasına görə, yeni Baş Nazir Ədliyyə sistemindən gələcək.

 

Ədliyyə sistemi deyəndə  ilk öncə göz önünə  cənab nazir  Fikrət Məmmədov gəlir. Digər  "dağdandüşən, ac-yalavac, şalavırıcırıq, qaraçıya oxşayan" nazirlərimizdən  fərqli olaraq   Fikrət Məmmədovun  cəmiyyətdə müsbət reputasiyası var. Və düşünürük ki, Baş Nazir olmağa ən layiqli namizədlərdən biri elə  Fikrət Məmmədovdur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib