Dərc edilib: 25-09-2020

https://www.nuh.az/25894-.html

Bakıda öldürülən şəxs İldırımzadənin qaynı deyilmiş... - Rəsmi açıqlama

25.09.2020 13:19:22

İdman

Baş Prokurorluq Nərimanov rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.


 "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, öldürülən şəxsin Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib