Dərc edilib: 29-09-2020

https://www.nuh.az/25902-.html

Ermənilər Xankəndidən qaçır - Rusiya mətbuatı

29.09.2020 12:56:23

Reportaj

Xankəndidə mülki əhalinin kortəbii təxliyyəsinə başlanılıb.  

 

Bu barədə  “İzvestiya” qəzeti məlumat verib. Nəşrin məlumatına görə, insanlar kütləvi şəkildə İrəvana göndərilir. 

“Onlar dərhal göndərilirlər, orada heç bir yaxınları yoxdur. Təkcə avtobuslarla deyil, polis yoldan keçənləri dayandırır və özləri ilə İrəvana aparırlar ”,-deyə qəzetin müxbiri bildirib. Bildirilib ki, hazırda Azərbaycan ordusu Füzuli şəhəri istiqamətində Dağlıq Qarabağa hücumlarını davam etdirir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib