Dərc edilib: 30-09-2020

https://www.nuh.az/25913-.html

Albaniyanın ilk Prezidenti Azərbaycanı dəstəklədi

30.09.2020 12:58:22

Dünya

Albaniyanın ilk Prezidenti Sali Berişa Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzərində nəzarət yaratmaq səylərini dəstəklədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Albaniyanın xəbər agentliyi “Teleqrafi” məlumat yayıb. Berişanın Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini dəstəkləyən ilk alban siyasətçi olduğu bildirilib.

“Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, Ermənistanın bir neçə ildir işğal altında saxladığı zonalarda ərazi bütövlüyünün və suverenliyinin bərpasını tələb edir”,- deyə Berişa vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Albaniyanın Baş Naziri və ATƏT sədri Edi Rama tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırmışdı.

Xatırladaq ki, hazırda bir sıra daxili siyasi uğursuzluqlardan sonra S. Berişa siyasi səhnədən uzaqlaşaraq, təqaüdə çıxıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib