Dərc edilib: 01-10-2020

https://www.nuh.az/25937-.html

Tramp, Putin və Makron cəbhədəki vəziyyətlə bağlı birgə bəyanat yaydı (YENİLƏNİB)

01.10.2020 17:05:51

İdman

ATƏT-in Minik Qrupu həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıblar.

Qaynarinfo xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron regionda vəziyyətin gərginləşməsini pisləyiblər və tərəfləri dərhal atəşkəsə çağırıblar.
"Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qəti şəkildə qınayır. Ölənlərin və yaralıların ailələrinə başsağlığı veririk. İştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” deyə bəyanatda deyilir
Həmsədr ölkə liderləri, həmçinin, Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib