Dərc edilib: 03-10-2020

https://www.nuh.az/25957-.html

Ermənilər Xankəndini kütləvi tərk edir - Video

03.10.2020 15:42:34

Reportaj

Rusiyanın “Life” informasiya portalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb. 


“Qafqazinfo” xəbər verir ki, görüntülərdə ermənilərin kütləvi şəkildə Xankəndini tərk etdiyi görünür.

Qeyd edək ki, ötən gün saat 14:00-dan etibarən işğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub. Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib