Dərc edilib: 05-10-2020

https://www.nuh.az/25978-.html

Raketlərdən biri Mingəçevir İES-in qarşısına düşüb - Foto

05.10.2020 09:20:24

Günün sitatı

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub. 

"Qafqazinfo"nun Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumatına görə, atılmış 3 raketdən 2-si partlamayıb.

Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib