Dərc edilib: 05-10-2020

https://www.nuh.az/25980-.html

Xankəndi küçələri boş qalıb

05.10.2020 11:21:52

Maraqlı

Azərbaycanın işğal altında olan Xankəndi şəhəri son günlər insanların intensiv şəkildə tərk etməsi nəticəsində şəhərin bir çox küçələri kimsəsiz qalıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”nin bölgədəki müxbiri məlumat verib. Sakinlərin əhəmiyyətli şəkildə azalması ilə şəhərin küçələri boş qalıb.

Bildirilib ki, şəhərdə demək olar bütün mağazalar və kafelər bağlanılıb. Yerli və xarici jurnalistlər siqaret, konserv qida, hətta çörək almaq üçün yer axtarmalı olurlar.

Xatırladaq ki, bir neçə gün əvvəl erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib