Dərc edilib: 05-10-2020

https://www.nuh.az/25981-.html

Xarici jurnalistlərin çoxu Xankəndini tərk etdi

05.10.2020 11:38:32

Kriminal

Əcnəbi jurnalistlərin əksəriyyəti Azərbaycanın işğal altında olan Xənkəndi şəhərini tərk ediblər.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Xankəndidə olan xarici KİV nümayəndələrinin bir çoxu Ermənistan tərəfinin təhlükəsizliyi təmin edə bilməməsi səbəbi ilə şəhərdən çıxıblar.

Hazırda xarici mətbuat nümayəndələri Ermənistanın cənubundakı Azərbaycanla sərhəd yaxınlığında yerləşən Gorus şəhərində cəmləşiblər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib