Dərc edilib: 05-10-2020

https://www.nuh.az/25984-.html

Paşinyan Putinə iclas zamanı dayanmadan zəng etdi - video

05.10.2020 13:07:34

Müsahibə

Sentyabrın 27-dən Azərbaycana qarşı davamlı təxribatlar törədən işğalçı Ermənistan rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putinə tez-tez zəng etdiyini göstərən görüntülər yayılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı xəbər süjeti hazırlayıb.

Süjetdə qeyd olunub ki, Vladimir Putinin ötən gün keçirilən hökumət nümayəndələri ilə videokonfrans zamanı iş telefonuna fasiləsiz zənglər gəlib. Rusiya Prezidentinə kimin zəng etdiyi dəqiq bilinməsə də, zəng edənlər arasında Ermənistan Baş Naziri Nikol Paşinyan və Fransanın Prezidenti Emmanuel Makronun olduğu ehtimal olunur.

Putinin zənglərin birinə cavabında isə “Sonra zəng edərəm, indi məşğulam” deməsi isə diqqətlərdən yayınmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib