Dərc edilib: 05-10-2020

https://www.nuh.az/25986-.html

Paşinyan yalvardı: “Gəlin, ümidim sizədir”

05.10.2020 19:18:56

LIVE

"Qardaşlar, mən sizə ümid edirəm. Bu, sadəcə bir müharibə deyil, bu başqa bir Sardarapatdır, bu həyatımızın ölüm-qalım döyüşdür".


 

Qaynarinfo xəbər verir ki, bu sözləri işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook-da canlı yayımda son bir ildə tərxis edilmiş hərbi qulluqçular üçün ümumi çağırış elan edərkən deyib.

 

Qanuna görə, son bir ildə xidmətini başa vuranlar ümumi səfərbərliyə cəlb edilmirlər. Elə buna görə də, Paşinyan hərbi qeydiyyat və komissarlıqlarda görünmək istəyi ilə onlara müraciət edib.

 

Paşinyan onların ən yaxşı hərbi hazırlığa sahib olan əsgərlər kimi indi cəbhədə lazım olduqlarını bildirib.

 

"Son bir ildə tərxis olunan əsgərlərdən orduya qayıtmalarını xahiş edirəm. Bu səbəbdən də sizdən Çarbaxdakı toplama məntəqəsi ilə əlaqə saxlamağınızı xahiş edirəm. Hərbi forması olanlardan da onları mərkəzi hərbi komissarlığa təhvil vermələrini xahiş edirəm", - Paşinyan canlı efirində deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib