Dərc edilib: 06-10-2020

https://www.nuh.az/25995-.html

Qırğızıstan MSK seçki nəticələrini etibarsız saydı

06.10.2020 13:35:58

Dünya

Qırğızıstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlament seçkilərinin səsvermə nəticələrinin tanınmaması barədə qərar qəbul edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə komissiya üzvlərindən biri “RİA Novosti”yə bildirib.

Qeyd edək ki, seçki nəticələri ilə bağlı son məlumata görə, hakim “Birimdik” partiyası 24,52 faiz, “Vətənim Qırğızıstan” partiyası  23,89 faiz, “Qırğızıstan” 8,73 faiz və “Bütün Qırğızıstan” 7,1 faiz səs toplayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib