Dərc edilib: 07-10-2020

https://www.nuh.az/26006-.html

Qırğız kəndliləri iki dövlət adamını ağaca bağladı (FOTO)

07.10.2020 12:48:06

Region

Koçkor bölgəsində Kum Döbö kəndinin sakinləri bir həmkəndliləri və sahə rəisi olan polisi ağaca bağlayıblar.

 

 

Qaynarinfoxəbər verir ki, kənd sakinlərini kənd sovetinin sədri ilə danışmağa gələndə onlara atəş açılıb, bu da onları narazı salıb.

 

 

Ötən gecə Qırğızıstanın paytaxtında etiraz aksiyaları keçiriləndən sonra kəndlərdə də mitinqlər başlayıb. "24.kg" agentliyinin məlumatına görə, kəndlilər sədr Mayrambek Asanbaevin evinə gələrək istefa verməsini tələb etməyə başlayıb. Ancaq o, sahə rəisini köməyə çağırıb, o da havaya atəş açmağa başlayıb. Nəticədə ikisi də ağaca bağlanıb.

 

"Hadisədə zərərçəkən yoxdur, onları ağaca bağlayıblar, hüquq-mühafizə orqanlarını gözləyirlər", - bir Tvitter istifadəçisi yazıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib