Dərc edilib: 08-10-2020

https://www.nuh.az/26016-.html

Rusiyada yaşayan Xalq artisti: “Paşinyana kolxozçu deyirlər”

08.10.2020 09:14:22

İqtisadiyyat

“Rusiyada yaşayan azərbaycanlılar gecə-gündüz cəbhə xəbərlərini izləyirlər. Sərhədlər açılan kimi hamımız Qarabağa gələcəyik”

Bunu Azvision.az -a Azərbaycanın Xalq artisti Sərxan Sərxan ordumuzun Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərindən danışarkən deyib. Hazırda Rusiyada yaşayan müğənni 1983-cü ildə Qarabağda verdiyi konserti yeniləmək istədiyini deyib.
“Axır ki, bu an gəldi. Torpaqlarımızı qaytarırıq. Rusiyada yaşayan azərbaycanlılar sevinc, həyəcan qarışıq hisslər keçirir. İnformasiyaları gecə-gündüz izləyirik. Sərhədlər açılan kimi hamımız Qarabağa gələcəyik. Qələbə xəbərlərini eşitdikcə gözümüzdən yaş gəldi. Vətəndən uzaqda olanda onu daha çox sevirsən.

Rusiyalı dostlarım Azərbaycan Prezidentinin çıxışından danışırlar. Deyirlər, fikrini sakit, aydın və dəqiq çatdırır. Prezident danışanda hamı onun sözlərinə inanır. Ermənistanın baş nazirini isə kolxozçu adlandırırlar. Bildirirlər ki, Paşinyanın danışıq qabiliyyəti yoxdur. Prezident İlham Əliyev deyir ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Əlbəttə, biz ədalət istəyirik. Burada heç kimi pisləmirik. Sadəcə ətrafımızdakılara vəziyyəti anladırıq. Bu məqamda kimin bizə dost, kimin düşmən olduğu göründü. Mən çoxdan Rusiyada yaşayıram. Ermənilərin burada necə təbliğat işi aparıb beyinlərini doldurduğunu görürəm. Özlərini yazıq millət kimi göstərirlər. Amma çox adamın gözü açılıb. Rusiyanın o qədər problemləri var ki, bəzilərinin heç Ermənistan vecinə deyil.

Sona kimi gedək ki, bu problemdən birdəfəlik xilas olacaq. Mən 1983-cü ildə Xankəndində, Şuşada, bütün Qarabağda konsert vermişəm. Qələbədən sonra biz artistlər arasında orada konsert vermək üstündə növbə olacaq. Hələ ordumuz üçün ayrıca konsert verəcəyəm. Cavan uşaqlar kişi kimi döyüşürlər. Biz gərək onlar üçün hər şey edək”, - deyə Xalq artisti söyləyib.

Şahanə Rəhimli

NUH informasiya agentliyi səhifəsindən çap edilib