Dərc edilib: 08-10-2020

https://www.nuh.az/26024-.html

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu (FOTOLAR)

08.10.2020 15:57:06

Müsahibə

Xəlil Rza Ulutürkün nəvəsi şəhid olub.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunub ki, Turqut Xəlilbəyli yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olub. O, Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimdir. 
Xatırladaq ki, Xəlil Rza oğlu Təbriz Xəlilbəyli də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ona Azərbaycanın Milli Qəhramanı adı verilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib