Dərc edilib: 08-10-2020

https://www.nuh.az/26025-.html

Ordumuz 300 erməni əsgərini belə məhv etdi

08.10.2020 18:20:18

Region

Ordumuz 300 erməni əsgərini belə məhv etdi

Okyabrın 4-də Şuşadakı Mədəniyyət mərkəzinə Ermənistan ordusunun 300-dən artıq hərbçisi yığışıb. Mülki obyektdə və gizli şəraitdə keçirilməsinə baxmayaraq, Azərbaycan kəşfiyyatı bu barədə xəbər tutub və iclasın keçirildiyi vaxt PUA zərbəsi endirilib. Hələ ki, oradan 19 cəsəd çıxarmışıq.

Axar.az xəbər verir ki, bu sözləri Şuşadan reportaj hazırlayan rusiyalı jurnalist İlya Azara ərazidə işləyən “fövqəladə hallar nazirliyi”nin əməkdaşları danışıb. Onlardan bəziləri bildiriblər ki, partlayışdan bir qədər əvvəl binada aralarında yüksək rütbəli zabitlərin də olduğu 300 yox, 600 nəfərə qədər hərbçi olub.

Onlar dağıntılar altında indi də xeyli adamın qaldığını bildiriblər.

Qeyd edək ki, Qarabağ separatçı-terrorçularının lideri Araik Arutyunyanın “prezident” kimi andiçmə mərasimi keçirdiyi bina Ordumuz tərəfindən 4 oktyabrda vurulmuşdu.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib